Seyfdən külli miqdarda  pul oğurladılar - FOTO
16 iyul 2022 10:19 (UTC +04:00)

Seyfdən külli miqdarda pul oğurladılar - FOTO

Quba Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs, ona məxsus evdən qapını sındırma yolu ilə, oğurluq edilməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Nicat Nəcəfov və Laçın Sərkərov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid evə girərək oradan içərisində 125000 manat və 10 min 310 dollar olan seyfi oğurladıqları müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

# 1272
avatar

Sevinc Fərid

Oxşar yazılar