Sərxoş sürücü kişini vurub öldürdü
07 dekabr 2022 09:35 (UTC +04:00)

Sərxoş sürücü kişini vurub öldürdü

0

İmişlidə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb. 35 yaşlı Məhərrəmov Nahid Siyasət oğlu sərxoş halda idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada 55 yaşlı Yaqubov Sarvan Sarab oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2236

Oxşar yazılar