Sərnişin maşından oğurluq etdi
14 yanvar 2023 13:28 (UTC +04:00)

Sərnişin maşından oğurluq etdi

Bakıda taksi avtomobili qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda sərnişin “Renault” markalı avtomobildən içərisində 1500 manat və sənəd olan cüzdan oğurlayıb.

Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Nicat Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1398
avatar

Oxşar yazılar