Şəkillərinin yayılmasından qorxan qız fahişəliyə başladı
23 noyabr 2023 19:36 (UTC +04:00)

Şəkillərinin yayılmasından qorxan qız fahişəliyə başladı

Sankt-Peterburqda bir kişi azyaşlı qızı şəxsi fotolarını yaymaqla hədələyərək fahişəliyə məcbur edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu yaxınlarda 17 yaşlı qız internetdə bir kişi ilə tanış olub. Elə həmin gün ona şəxsi şəkillərini göndərib və o, qızı şantaj etməyə başlayıb. Kişi qıza şəxsi yazışmalarını ictimailəşdirəcəyini, şəkillərini ailəsinə və dostlarına göndərəcəyini deyib. Sonra deyib ki, əgər qız ona başqa kişilərlə cinsi əlaqə videolarını göndərsə, bunu etməz.

Zərərçəkən razılaşıb və bir neçə saat sonra tanımadığı biri ilə görüşüb. Hadisə şəhərin mərkəzində evinin yaxınlığında dayanmış avtomobildə baş verib. Sürücü ona seks üçün dörd min rubl (təxminən 77 manat) ödəyib. Növbəti görüş üçün qız birbaşa “müştəri”nin evinə, Kuşelevskaya yolundakı mənzilə gəlib və çəkilişdən sonra 100 dollar alıb.

Məlum olub ki, zərərçəkmiş aldığı pulun bir hissəsini şantajçıya verib. Cinayətkar ondan 150 min rubl (təxminən 2895 manat) alandan sonra zorakılığa son qoyacağına söz verib. Bundan sonra zərərçəkən kömək üçün polisə müraciət edib. Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5358
avatar

Oxşar yazılar