Şəkidəki YANĞINLARLA   bağlı SON MƏLUMAT - YENİLƏNİB
20 avqust 2022 20:37 (UTC +04:00)

Şəkidəki YANĞINLARLA bağlı SON MƏLUMAT - YENİLƏNİB

Şəki şəhərinin dağlıq hissəsində başlayan yanğın söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Baş vermiş hadisə ilə bağlı nazirliyin yaydığı məlumatda deyilir ki, 6 hektar sahədə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 16:32

Şəki şəhərinin yuxarı dağətəyi hissəsində yanğın başlayıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu gün günorta saat 13 radələrində Şəki şəhərinin yuxarı hissəsində, Bəxtiyar Vahabzadə küçəsinin yaxınlığında dağətəyi ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.İlkin məlumata görə, yanğın 3 hektar ərazini əhatə edir. Ərazidə kol-kos, xəzəl və xırda ağaclar yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.

Daha bir yanğın hadisəsi saat 15 radələrində rayonun Oxut kəndində sakinlərə məxsus əkin sahələrində qeydə alınıb. Burada yanğının 1 hektar ərazini əhatə etdiyi bildirilir. Yanğının söndürülməsi üçün yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Oxşar yazılar