Şəkidə obyektə  atəş açıb   qaçdı
28 noyabr 2023 21:55 (UTC +04:00)

Şəkidə obyektə atəş açıb qaçdı

Noyabrın 28-də saat 19:30-da Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxsin ov tüfəngi ilə atəş açması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 34 yaşlı Səmədov Famil Abduləli oğlu saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Oxşar yazılar