Şəkidə itkin düşən qadının meyiti çayda tapıldı - YENİLƏNİB
23 aprel 2024 18:07 (UTC +04:00)

Şəkidə itkin düşən qadının meyiti çayda tapıldı - YENİLƏNİB

Şəkidə itkin düşən qadının meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ILent.az-a bildirilib ki, aprelin 19-da itkin düşən Şəki rayon sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.

***

21 aprel, saat 12:23

Şəki rayonunun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılova Çimnaz Vahab qızı aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, itkin düşən şəxsin əlamətləri belədir: boyu 156 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qarışıqdır. Sonuncu dəfə onun əynində qırmızı rəngli köynək və qara yubka olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

# 4080
avatar

Oxşar yazılar