Şəkidə itən qız Bakıda tapıldı - YENİLƏNİB
11 aprel 2024 12:41 (UTC +04:00)

Şəkidə itən qız Bakıda tapıldı - YENİLƏNİB

Şəkidə itkin düşən qız tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetmə Bakı şəhərində tapılıb.

Araşdırma aparılır.

***
10.04.2024, Saat: 10:55

Şəkidə 16 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, şəhər sakini, 2008-ci il təvəllüdlü Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar,ağ köynək və ayağında qara rəngli idman ayaqqabısı olub. 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

# 4581
avatar

Oxşar yazılar