Sabirabad sakini qonşusunu bıçaqladı
28 mart 2025 23:00 (UTC +04:00)

Sabirabad sakini qonşusunu bıçaqladı

Sabirabadda 27 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərində baş verib.

Belə ki, Sabirabad şəhər sakini, 1998-ci il təvəllüdlü Ramazanov Elnur Hümbət oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı sinə və yan nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar