Rusiya vətəndaşı Zaqatalada faciəvi şəkildə  öldü
07 iyun 2024 10:55 (UTC +04:00)

Rusiya vətəndaşı Zaqatalada faciəvi şəkildə öldü

Rusiya vətəndaşı Zaqatalada bədbəxt hadisənin qurbanı olub.

Lent.az-ın məlumatına görə, hadisə səhər saatlarında rayonun Mamrux kəndində baş verib. Rusiya vətəndaşı, Murmansk vilayətində yaşayan, əslən Mamrux kəndindən olan 56 yaşlı Akif Muradəli oğlu Qurbanov maye qaz daşıyan "QAZ-53" markalı yük maşınına minmək istəyib. Lakin ehtiyatsızlıqdan yıxılaraq, yük maşınının təkəri altına düşüb.

Ağır xəsarətlər alan A. Qurbanov Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10917
avatar

Oxşar yazılar