Hüseyn Həsənov
11 fevral 2025 14:06 (UTC +04:00)

Hüseyn Həsənov

Rusiya Hüseyn Həsənovun şirkətinin hesablarını blokladı

Rusiyanın Federal Vergi Xidməti (FTX) azərbaycanlı bloqqer Hüseyn Həsənova məxsus “Banda Foods” şirkətinin hesablarını bloklayıb. Səbəb vergilərin ödənilməməsidir.

Lent.az yerli mediaya istinadla bildirir ki, Kreml Azərbaycana təzyiq göstərmək üçün sərt tədbirləri, o cümlədən pul köçürmələrini məhdudlaşdırmaq, taxıl tədarükünü əngəlləmək və nəqliyyat marşrutlarına yenidən baxmağı düşünür. 

Bloqqer Həsənov bu kontekstdə repressiyaların ilk gözə çarpan hədəfi olub.

Hüseyn Həsənov kimdir?

Hüseyn Həsənov Rusiyanın ən məşhur videobloqqeri hesab edilir.

Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.

Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra İnstaqram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var.

Hüseyni hazırda instagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15