Qusarda “Prius” sürücüsü saxlanılıb - narkotikin təsiri altında imiş
04 iyun 2024 08:22 (UTC +04:00)

Qusarda “Prius” sürücüsü saxlanılıb - narkotikin təsiri altında imiş

Qusarda “Prius” sürücüsü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıb

Lent.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Toyota Prius” markalı nəqliyyat vasitəsinin sürücüsü M. Başaratov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisləri tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

M.Başaratovun barəsində müvafiq tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar