Qubada QƏZA:  Avtomobillər toqquşdu, ölən var
23 oktyabr 2023 15:04 (UTC +04:00)

Qubada QƏZA: Avtomobillər toqquşdu, ölən var

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Quba-Xınalıq yolunun 3-cü kilometrliyində qeydə alınıb.

Belə ki, Quba şəhər sakini Fərhad Talıbovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı  avtomobil toqquşub. Hadisə nəticəsində sürücü Fərhad Talıbov, sərnişinlər Sübhan Salmanov və İlkin Rzayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. “VAZ 2107” markalı avtomobildə olan digər sərnişinlər Arif Heydərov və Yaşar Sultanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688

Oxşar yazılar