Qəbələdə 2 ay əvvəl itkin düşən şəxs HƏLƏ TAPILMAYIB
26 yanvar 2023 22:09 (UTC +04:00)

Qəbələdə 2 ay əvvəl itkin düşən şəxs HƏLƏ TAPILMAYIB

Qəbələdə naməlum şəraitdə itkin düşmüş şəxsin axtarışları hələ də davam edir.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, keçən il noyabrın 29-dan itkin düşmüş Həmidov Səyavuş İbrahimxəlil oğlundan hələ də xəbər yoxdur. 

“Artıq iki aya yaxındır qardaşımdan heç bir xəbər yoxdur” - deyə itkin düşən şəxsin qardaşı Mehdi Həmidov bildirib. 

M.Həmidov onu da bildirib ki, yaxın günlərdə yenidən genişmiqyaslı axtarışlar təşkil ediləcək. 
 

# 1983
avatar

Oxşar yazılar