Qəbələ sakinini  ilan sancdı
31 mart 2024 09:00 (UTC +04:00)

Qəbələ sakinini ilan sancdı

Qəbələ sakinini ilan sancıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Salahov Uğur Müşfiq oğlu həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

# 3312
avatar

Oxşar yazılar