"Qazaxlı Alik"in oğluna hökm oxundu
19 fevral 2025 15:58 (UTC +04:00)

"Qazaxlı Alik"in oğluna hökm oxundu

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

F. Muradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktybar ayında saxlanılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qimində tanınıb.

Qeyd edək ki, Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1750

Oxşar yazılar