Qazaxda kişi itkin düşüb.
Lent.az xəbər verir ki, 31 yaşlı Sadıqov Tamerlan Mustafa oğlu martın 20-i axşam saatlarında Aşağı Salahlı kəndində yerləşən ata evindən dostları ilə görüşmək məqsədi ilə evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə onun atası polisə müraciətində bildirib.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.