Qaz xəttinin üzərində yanğın törədən şəxs saxlanıldı-FOTO
20 yanvar 2023 20:12 (UTC +04:00)

Qaz xəttinin üzərində yanğın törədən şəxs saxlanıldı-FOTO

Bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib. 

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır.
 

# 1806
avatar

Oxşar yazılar