Qaxda silah-sursat tapıldı
08 may 2025 11:00 (UTC +04:00)

Qaxda silah-sursat tapıldı

Qax rayonunda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar