Qadını avtobusdan yıxan sürücü saxlanılmayıb -  RƏSMİ
30 iyun 2022 11:59 (UTC +04:00)

Qadını avtobusdan yıxan sürücü saxlanılmayıb - RƏSMİ

“Sumqayıtda qadına təpik vurub avtobusdan atan sürücünün saxlanılması barədə yayılan xəbərlər yalandır”.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, hazırda Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırma aparılır:

“Davada yıxılan qadınla bağlı ekspertiza təyin edilib. Ekspertiza zamanı onun hansı xəsarət alması bəlli olacaq. Sosial şəbəkə və xəbər portallarında həmin sürücünün saxlanılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir. Hazırda araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtda 12 saylı marşrut avtobusunun sürücüsü Aqil Kosayevlə qadın sərnişin Sənubər Baxşəliyev arasında dava olub. Dava zamanı tərəflər bir-birini söyüblər. Sonra qadın əlindəki çantanı sürücünün başına çırpıb. Bundan qəzəblənən sürücü isə təpiklə onu avtobusun qapısından bayıra atıb.

Qadını yıxan sürücü saxlanılmayıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4164

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47