Professor Nəsir Əhmədli VƏFAT ETDİ
07 iyun 2022 11:12 (UTC +04:00)

Professor Nəsir Əhmədli VƏFAT ETDİ

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tanınmış müəllimi vəfat etdi.

Lent.az xəbər verir ki, Nəsir Əhmədli uzun sürən xəstəlikdən sonra həyatını itirib.

O, ağciyər xərçəngindən əziyyət çəkirdi. Professor Tovuz rayonunda torpağa tapşırılacaq

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli 80 yaşında dünyasını dəyişib. 

Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

 

# 4083
avatar

Fidan İlqar

Oxşar yazılar