Pambıq emalı zavodunda hadisə: Şirkət əməkdaşının əli...
22 dekabr 2020 13:13 (UTC +04:00)

Pambıq emalı zavodunda hadisə: Şirkət əməkdaşının əli...

Dekabrın 20-də saat 4 radələrində Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində Qürbət İsayevin iş zamanı ağır dərəcəli bədən xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “MKT İK” MMC-nin Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində işləyən Qürbət İsayev həmin gün işlək vəziyyətdə olan mahlıc təmizləyici “Kliner” adlı qurğunun dişlərindəki pambıq tutqunluğunu aradan qaldırmaq üçün əlini həmin qurğuya daxil edib, bu vaxt əynindəki pencək qurğunun dişlərinə ilişdiyi üçün qurğu onun sağ əlini dartaraq əlinin 1/3 hissəsini amputasiya edib.

Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təfərrüatlarının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Mehman Nəbiyev

Oxşar yazılar