Pambıq emalı zavodu yanır
19 fevral 2023 18:33 (UTC +04:00)

Pambıq emalı zavodu yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207
avatar

Oxşar yazılar