Ötən il Bakıda 9 uşaq yol qəzalarının qurbanı olub
19 yanvar 2023 15:43 (UTC +04:00)

Ötən il Bakıda 9 uşaq yol qəzalarının qurbanı olub

Bakıda 16 yaşa qədər uşaqların iştirakı ilə 28 yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, həmin qəzalar nəticəsində 9 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

Sözügedən faktlarda 2021-ci illə müqayisədə 11 hadisə, 5 ölüm və 8 yaralı sayı azalıb.

2022-ci ildə yol qəzalarında ölən 9 uşağın 7-i piyada, 2-i sərnişin qismində həlak olublar.

# 1920
avatar

Oxşar yazılar