Azərbaycanda falçıya gedən qadın dələduzluqla üzləşib.
Lent.az xəbər verir ki, bu barədə şikayətçi özü bildirib. Onun sözlərinə görə, bir oğlanı özünə bağlamaq üçün Lənkəranda yaşayan falçıya üz tutub:
“Bir oğlanı özümə bağlamaq üçün falçıya getdim. Falçı mənə istəyimi yerinə yetirəcəyini dedi və 2000 manat pulumu aldı.
Lakin sonrada işimə baxmayacağını deyərək, müxtəlif bəhanələr gətirdi. Pulumu geri istəsəm də, falçı lisenziyası olduğunu və pulu qaytarmayacağını bildirdi”.