Naxçıvanda narkotacirlər saxlanıldı - FOTO
01 fevral 2023 17:23 (UTC +04:00)

Naxçıvanda narkotacirlər saxlanıldı - FOTO

Naxçıvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalarla Naxçıvan şəhər sakini 30 yaşlı David Abdullayev idarə etdiyi “Naz Lifan” markalı avtomobili ilə əvvəlcədən tanıdığı İran vətəndaşı Rza Dadrasacirlou Ali oğlundan pul müqabilində metamfetamin maddələri əldə edərək dövriyyəsini təşkil edib. Davam etdirilən tədbirlərlə, onlarla cinayət əlaqəsində olan 30 yaşlı, Babək rayon sakini Turqut Fətullayev və Kəngərli rayon sakini 29 yaşlı Nicat Tarverdiyev müəyyən olunaraq saxlanılıblar.  Onlardan satış üçün nəzərdə tutulan müxtəlif çəkilərdə qablaşdırılmış metamfetamin və 2 ədǝd preqabalin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

# 1467
avatar

Oxşar yazılar