Naxçıvanda 100-dən çox adamı   aldadan tutuldu
19 fevral 2024 12:36 (UTC +04:00)

Naxçıvanda 100-dən çox adamı aldadan tutuldu

Polis əməkdaşları tərəfindən son 1 ay ərzində ayrı-ayrı şəhər, rayon və qəsəbələrdə cinayətkarlığın qarşısının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilib. 

DİN-dən Lent.az-a verilən məlumata görə, Naxçıvan polisi tərəfindən Muxtar Respublika ərazisində son 1 ay ərzində keçirilən tədbirlər zamanı nakotik vasitə və psixotrop maddələrin, aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsini təşkil edən, habelə sosial şəbəkələrdə “telefon satışı” və “kirayə ev” elanları yerləşdirərək 100-dən çox vətəndaşı aldadan, ölkə ərazisinə saxta pul əskinaları gətirən, habelə silsilə oğurluq, quldurluq cinayətləri, eləcə də digər hüquqpozmalar törədən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Profilaktik tədbirlər zamanı 41 odlu silah, 12 avtomat darağı, 1061 patron, 4 qumbara, 3 binokl və 3 ədəd süngü bıçaq vətəndaşlar tərəfindən könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Əməliyyat yolu ilə müxtəlif şəxslərdən 5 odlu silah, 225 patron və 5 avtomat darağı aşkar edilib.

Keçirilən tədbirlər nəticəsində axtarışda olan 91 nəfər saxlanılıb. “102” Xidməti-Zəng Mərkəzi vasitəsi ilə vətəndaşlardan daxil olan 2 minə yaxın müraciətə opetariv reaksiya göstərilib.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Oxşar yazılar