Müharibədən sonra neçə nəfər minaya düşüb? - CAVAB
30 noyabr 2021 15:23 (UTC +04:00)

Müharibədən sonra neçə nəfər minaya düşüb? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bugünki mövzu Vətən müharibəsindən sonra minaya düşənlərin statistik göstəriciləri ilə bağlıdır.

Statistik təhlil göstərir ki, mina hadisələrinin 51 faizi azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26 faizi təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) rubrikamıza cavab olaraq bildirilib ki, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.

Qeyd edək ki, mütəxəssislərin fikrincə işğaldan azad olunmuş ərazilərdə minaya düşmə hallarının çoxluğu Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiqliyi səbəbindən irəli gəlir.

# 1884
avatar

Mehman Nəbiyev

Oxşar yazılar