Müğənni şikayət etdi: Bacımı intihar həddinə çatdırıblar
10 iyun 2024 00:44 (UTC +04:00)

Müğənni şikayət etdi: Bacımı intihar həddinə çatdırıblar

Müğənni Aygül Səfərova Daxili İşlər Nazirliyinə müraciət edib.

Lent.az-ın məlumatına görə, o, sosial şəbəkədə yaydığı müraciətində özünün və ailə üzvlərinin "tiktok" sosial şəbəkəsində təhqir olunduğunu qeyd edib.

Müğənni bildirib ki,  özü ilə yanaşı atası və bacısı da sosial şəbəkədə yaradılmış səhifələrdə qeyri-etik formada təqdim edilir və təhqir olunurlar. O deyib ki, bu paylaşımlar yaşlı atasına və tibb işçisi olan bacısına pis təsir edir: " Bacım bu paylaşımlara görə intihar həddinə çatıb".

Müğənni DİN rəhbərliyindən bu şəxslərin tapılıb cəzalandırılmasını xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Oxşar yazılar