MTN generalına HÖKM OXUNDU:  rütbəsi alındı, əmlakı...
21 sentyabr 2022 10:54 (UTC +04:00)

MTN generalına HÖKM OXUNDU: rütbəsi alındı, əmlakı...

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq dövründə zaminə buraxılmış Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov məhkəmə zalında həbs olunublar. 

Bundan başqa, Mövlam Şixəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. 

Həmçinin, Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndəriləcək.

Qeyd edək ki, Prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

Xatırladaq ki, ittihamda qeyd olunub ki, Mövlam Şixəliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə verilərək, barəsində həbs qətimkan tədbiri, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

# 5778
avatar

Oxşar yazılar

Toydan qayıdanda maşını  qaz kəmərinə çırpıb öldü

Toydan qayıdanda maşını qaz kəmərinə çırpıb öldü

27 noyabr 2022 , 00:20
Tanınmış xanım tənqidçi hücuma məruz qaldı - FOTO

Tanınmış xanım tənqidçi hücuma məruz qaldı - FOTO

26 noyabr 2022 , 23:14
AMEA Yasamal rayon Polis İdarəsini məhkəməyə verdi

AMEA Yasamal rayon Polis İdarəsini məhkəməyə verdi

26 noyabr 2022 , 19:58
Azərbaycanda 25-64 yaşlarında 510 nəfər yol qəzalarında ölüb

Azərbaycanda 25-64 yaşlarında 510 nəfər yol qəzalarında ölüb

26 noyabr 2022 , 19:30
Bakıda lampanı dəyişən kişi qabırğalarını sındırdı - FOTO

Bakıda lampanı dəyişən kişi qabırğalarını sındırdı - FOTO

26 noyabr 2022 , 19:20
Baş redaktor yol qəzasında öldü

Baş redaktor yol qəzasında öldü

26 noyabr 2022 , 18:55
Bakıda ticarət mərkəzinin qarşısından meyit tapıldı

Bakıda ticarət mərkəzinin qarşısından meyit tapıldı

26 noyabr 2022 , 18:40
Avtobusda bank kartı oğurlayıb alış-veriş etdi

Avtobusda bank kartı oğurlayıb alış-veriş etdi

26 noyabr 2022 , 17:23