Andrey Berezin
25 yanvar 2024 16:32 (UTC +04:00)

Andrey Berezin

Milyarderdən Rusiya rəhbərliyinə XƏYANƏT - Özü ilə sərvət apardı

Rusiyalı multimilyarder Andrey Berezin Avropaya qaçıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Rusiyada çox məşhur olan Euroinvest holdinqinin sahibi, Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Drozdenkonun ən yaxın dostundan gedir.

Qeyd edək ki, Andrey Berezin axır vaxtlar hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşmüşdü.

Andrey Berezin qubernator Aleksandr Drozdenko ilə dostluğuna görə, Sankt-Peterburqda at oynadırdı. Berezin ailəsi və onun yaxın biznes tərəfdaşları çoxdan Rusiya Federasiyasının ərazisini tərk etməyi planlaşdırırdılar. Onlar sanksiyalara məruz qalmaqdan çox qorxurdular, buna görə də bu baxımdan şübhəli olan bütün mal varlığına sahibliklərindən imtina edirdilər. Bununla belə, oliqarxın qəfil gedişi Rusiyanın Svetlana PJSC-nin faktiki məhv edilməsində maraqlı olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqəti ilə bağlı idi. Qeyd edək ki, onun şirkəti Rusiya Müdafiə Nazirliyinin ehtiyacları da daxil olmaqla güclü elektronika istehsal edirdi. Oliqarxın mal varlığının böyük hissəsinin qanuni olması  şübhə altına düşüb. Buna görə də o qaçmağı üstün tutub. Bir sözlə oliqarxın, yumşaq desək, vətənini unutduracaq çox səbəbləri var.

Aleksandr Drozdenko

Bununla belə, mənbələr əminliklə iddia edirlər ki, Berezin xaricdə özünü çox rahat hiss edir. Əlbəttə ki, Rusiya Federasiyasından şəriklərinin köməkliyi ilə çıxardığı 150 milyon dollar onu rahat etdirir. Britaniyaya məxsus adalarının birində Raquelfar Нoldings və Lerdare Enterprises şirkətlərinin hesablarında sakitcə dincəlir.

Sonda onu bildirək ki, bu vəziyyəti izləmək açıq-aydın maraqlı olacaq! Görək satqınları bağışlamayan Rusiya rəhbərliyi bu dəfə nə edəcək?

# 4224
avatar

Cavidan HUN

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42