Milli Məclisdə tanışım var deyib 55 minlik dələduzluq etdi
27 may 2022 16:14 (UTC +04:00)

Milli Məclisdə tanışım var deyib 55 minlik dələduzluq etdi

Külli miqdarda dələduzluqda təqsirli bilinən Zeynəb Babayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Əldə etdiyimiz məlumata görə, Z. Babayeva zərərçəkmiş H. Əliyevaya oğlunu işə düzəltməyi söz verib. O, bu işi Milli Məclisdə bir tanışı olduğunu deyərək, reallaşdırmaq istəyib. Bu məqsədlə zərərçəkmişin 55 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Z. Babayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə təqsirli bilinir.

# 2073
avatar

Mehman Nəbiyev

Oxşar yazılar