Masallı rayonunda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilibki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E.Məmmədov saxlanılıb:
“Ətrafında aparılan tədbirlərlə onun həmkəndlisi R.Ağayevlə birgə daha bir evdən 5000 manat dəyərində, digər evdən isə 1500 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən edilib. R.Ağayev də polis əməkdaşları tərəfindən tutulub”.