Məktəbdə FACİƏ:  1-ci sinif şagirdi öldü - YENİLƏNİB
08 fevral 2022 17:44 (UTC +04:00)

Məktəbdə FACİƏ: 1-ci sinif şagirdi öldü - YENİLƏNİB

Cəlilabadda məktəblinin ölməsi ilə bağlı təfərrüatlar məlum olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, fevralın 8-i saat 12 radələrində rayonun Qarazəncir kənd sakini,  Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 7 yaşlı Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanıqlı vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

***

saat 14:40

Cəlilabadda birinci sinif şagirdini elektrik cərayanı vuraraq öldürüb.

Cəlilabad rayon Təhsil Şöbəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə rayonun Ocaqlı kəndində baş verib.

Həmin kənddə yerləşən 2 saylı tam orta məktəbin 1-ci sinif şagirdi, 7 yaşlı Hüseyn Yaşar oğlu Zeynalovu elektrik cərayanı vurub. Nəticədə məktəbli dünyasını dəyişib.

Hadisə məktəbli dərsdən çıxıb evə gedərkən baş verib. Uşaq evə gedərkən məktəbin həyətindəki transformatora toxunub. Nəticədə onu cərəyan vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7585

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29