"Medera Hospital" məhkəməyə verildi -  SƏBƏB
06 iyul 2021 13:47 (UTC +04:00)

"Medera Hospital" məhkəməyə verildi - SƏBƏB

“Medera Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.

Lent.az-ın məlumatına görə, hospitala məxsus avtomobili yol polisi saxlayıb və ona cərimə yazılıb. Avtomobil barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Həmin maddə əsasında “Medera Hospital” 300 manat məbləğində cərimələnə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Mehman Nəbiyev

Oxşar yazılar