Mağazadan siqaretləri oğurladı
09 sentyabr 2023 18:33 (UTC +04:00)

Mağazadan siqaretləri oğurladı

Abşeronda mağaza qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 1-də rayon ərazisindəki mağazaların birindən 3424 manat dəyərində tütün məmulatı soyğunçuluq yolu ilə talanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2045

Oxşar yazılar