Lizinqlə maşın almaq istəyənlərə  XƏBƏRDARLIQ  - VİDEO
18 avqust 2021 15:45 (UTC +04:00)

Lizinqlə maşın almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı video müraciət edib.

Lent.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidməti  bu barədə videomüraciət təqdim edib. Videomüraciətdə bildirilir ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinir.

Vətəndaşlara tövsiyə edilir ki, belə dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun notarial qaydada etsinlər. Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan 3-cü şəxslərə hər hansı ödəniş etməyin! Baş Prokurorluğu xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yol verilməzdir!

Lizinq şirkətləri ilə bağlı videomüraciət

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3984
avatar

Mehman Nəbiyev

Oxşar yazılar