Lənkəranda YANĞIN - Ata və oğul ölümcül oldu
06 mart 2025 03:34 (UTC +04:00)

Lənkəranda YANĞIN - Ata və oğul ölümcül oldu

Lənkəranda ata və oğulun xəsarət alması ilə nəticələnən yanğın baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə gecə saatlarında Girdəni kəndində, 64 yaşlı Zakir Murtuza oğlu Əliyevə məxsus birmərtəbəli yaşayış evinin zirzəmisində baş verib.

Nəticədə ev sahibi Zakir Əliyev və oğlu Murad Əliyev xəsarət alıblar. Xəsarət alan 64 yaşlı Z. Əliyevin vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Alovun evə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194

Oxşar yazılar