Lənkəranda DƏHŞƏT:  Mağaza sahibi özünü öldürdü  -  YENİLƏNİB
13 iyul 2024 14:21 (UTC +04:00)

Lənkəranda DƏHŞƏT: Mağaza sahibi özünü öldürdü - YENİLƏNİB

Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 37 yaşlı Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub.

İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib.

Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.

***

11:53

Lənkəranda mağazada meyit aşkar olunub.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində, Zərifə Əliyeva küçəsindəki mağazaların birində kişi meyiti tapılıb.

İlkin məlumata görə, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirmiş.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Lənkəranda meyvə mağazasında kişi meyiti aşkar olunub - FOTO

Lənkəranda meyvə mağazasında kişi meyiti aşkar olunub - FOTO

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844
avatar

Oxşar yazılar