Lənkəranda BƏDBƏXT HADİSƏ:  Ustalar hündürlükdən yıxıldı, biri öldü
04 oktyabr 2024 21:14 (UTC +04:00)

Lənkəranda BƏDBƏXT HADİSƏ: Ustalar hündürlükdən yıxıldı, biri öldü

Lənkəranda ustalar hündürlükdən yıxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.

Usta Lənkəran şəhər sakini 37 yaşlı Ruslan Samid oğlu Zülfüqarov və rayon Sütəmurdov kənd sakini 55 yaşlı İlyas Hidayət oğlu Səfərov qurduqları "ayaqaltıdan" yıxılıblar.

Ağır xəsarət alan ustalar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Həkimlər, R.Zülfüqarovun həyatını xilas edə bilməyiblər. O, aldığı xəsarətlərdən ölüb.

Digər yaralı İ.Səfərova ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, ustalar evlərin birinin çöl tərəfində hündürlükdə bətkeş işi görüblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999
avatar

Oxşar yazılar