Laçın-Xankəndi yolu: Aksiyaların 59-cu günü -FOTO
08 fevral 2023 08:11 (UTC +04:00)

Laçın-Xankəndi yolu: Aksiyaların 59-cu günü -FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Lent.az APA-ya istinadla xəbər verir ki, aksiya gecə boyu  davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 59-cu günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər.
Hazırda havanın tempraturu -3 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

# 1248
avatar

Oxşar yazılar