Gömrükdə aşkarlanan dərmanlar
10 sentyabr 2021 19:09 (UTC +04:00)

Gömrükdə aşkarlanan dərmanlar

Külli miqdarda dərmanı Azərbaycana keçirə bilmədi

Qanunsuz olaraq, gətirilən dərman vasitələrinin ölkəyə girişinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiyadan "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşlarının idarə etdiyi "Volvo" və "DAF" markalı avtomobillər saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 87900 həb dərman preparatlar və 100 ədəd tibbi ləvazimatlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Mehman Nəbiyev

Oxşar yazılar