"Kontakt Home" mağazalar şəbəkəsi məhkəməyə verildi - SƏBƏB
04 iyun 2021 12:25 (UTC +04:00)

"Kontakt Home" mağazalar şəbəkəsi məhkəməyə verildi - SƏBƏB

“ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ( “Kontakt Home” mağazalar şəbəkəsi) cərimələnib.

Lent.az-ın məlumatına görə, məşhur mağazalar şəbəkəsinin Gəncə şəhərindəki filialına karantin qaydalarını pozduğu üçün cərimə yazılıb. MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə) maddəsi ilə protokol tərtib olunub. Tərtib olunan prokotol baxılması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə göndərilib.

İş hakim Tural Qocayevin icraatına verilib.

Qeyd edək ki, həmin maddə ilə “Kontakt Home” mağazalar şəbəkəsini 400 manat məbləğində cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Mehman Nəbiyev

Oxşar yazılar