Kişi mişarla boğazını kəsdi
12 mart 2025 19:16 (UTC +04:00)

Kişi mişarla boğazını kəsdi

Kiyevin Peçersk şəhərində ağac budaqlarını kəsmək üçün mişardan istifadə edən şəxs alətlə təsadüfən boynunu kəsib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Kiyev polisinə istinadən xəbər verilib.

Qeyd olunur ki, hadisə ötən həftə sonu qeydə alınıb.

“1978-ci il təvəllüdlü kişi ağacı budayarkən ehtiyatsızlıqdan mişarla özünə xəsarət yetirib, nəticədə dünyasını dəyişib”, - hüquq-mühafizə orqanlarından bildirilib.

Kişi çoxlu qan itirib və həkimlər gələnə qədər həyatla bir araya sığmayan xəsarətlərdən dünyasını dəyişib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar