Baş prokuror Kamran Əliyev
28 sentyabr 2021 11:45 (UTC +04:00)

Baş prokuror Kamran Əliyev

Kəlbəcər və Qubadlıda yeni hərbi prokurorluqlar fəaliyyətə başladı - FOTO

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında 01 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Kəlbəcər və Qubadlı rayonlarında müvafiq hərbi prokurorluqların inzibati binalarının inşasına başlanılaraq qısa vaxt ərzində  inşası başa çatdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 26-ı və 27-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə Respublika Baş Prokurorluğunun və Hərbi Prokurorluğun rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər və Qubadlı Hərbi Prokurorluqlarının yeni inzibati binaların açılış mərasimində iştirak edib.

Açılış mərasimlərində çıxış edən Baş Prokuror Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirərək, bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.

Ölkə Prezidenti tərəfindən prokurorluq orqanlarının inkişafına daim diqqət göstərildiyi vurğulanmaqla yeni inzibati binaların istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğu qeyd edilib.

Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Baş Prokuror hər iki hərbi prokurorluğun, eləcə də Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının əməkdaşları ilə görüşmüş, onlara fəaliyyətləri ilə bağlı tapşırıq və tövsiyələrini vermiş, daha sonra inzibati binaların həyətində ağaclar əkilmiş və digər abadlıq işləri görülüb.

Həmçinin, respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev də hərbi prokurorluqlarda yaradılmış iş şəraiti ilə tanış olaraq əməkdaşlarla görüşüb fəaliyyətlərində uğurlar arzu edib.

Səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə, eləcə də Qubadlı rayonunda DSX-ın N saylı hərbi hissəsində  xidmətdə olan hərbçilərlə görüşmüş, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara Baş Prokuror tərəfindən qiymətli hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkilib.

Bundan başqa,  heyət səyyar hospitalda müalicə alan hərbçilər ilə görüşərək onların müalicə vəziyyəti ilə maraqlanıb.

Sentyabrın 27-də - Anım günündə Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlər üçün yaradılmış abidə ziyarət edilmiş, orada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2517
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45