Keçmiş rektor MƏKTUB YAZIB  özünü öldürdü
05 oktyabr 2022 18:57 (UTC +04:00)

Keçmiş rektor MƏKTUB YAZIB özünü öldürdü

Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun keçmiş rektoru Aleksandr Novikov intihar edib. 

Lent.az bildirir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Professor 1987-2007-ci illərdə universitetin rəhbəri olub. Yaxınları onun cansız cəsədini pilləkən qəfəsində aşkar ediblər. İlkin məlumatlara görə, onun bədənində zorakılıq nəticəsində ölüm izləri yoxdur. Professor intihardan əvvəl məktub da yazıb.

“Fiziologiya, psixika, ünsiyyət sahələrində amillərin birləşməsinə dözmək qeyri-mümkündür, bugünkü və gələcək həyatınızda sizə ən yaxşısını arzulayıram.

Mənzildən uzağa gedirəm, vidalaşıram, istəmədən yarada biləcəyim bəlalara görə peşman oldum”, - keçmiş rektor yazıb.
 

# 3582
avatar

Oxşar yazılar