Kamran Əliyevin Tərtər və Ağdam səfəri
20 may 2022 17:54 (UTC +04:00)

Kamran Əliyevin Tərtər və Ağdam səfəri

Kamran Əliyev 114 nəfərlə bağlı göstəriş verdi - FOTO

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev mayın 20-də Bərdə rayon prokurorluğunun inzibati binasında Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Lent.az xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 114 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Bərdə və Tərtər rayon prokurorluqlarının, eləcə də Tərtər və Ağdam hərbi prokurorluqlarının əməkdaşları ilə görüş keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilərək, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

Mehman Nəbiyev

Oxşar yazılar