Kabildə havaya dağınıq atəş açılması nəticəsində 17 nəfər həlak oldu
04 sentyabr 2021 14:39 (UTC +04:00)

Kabildə havaya dağınıq atəş açılması nəticəsində 17 nəfər həlak oldu

Əfqanıstanın paytaxtı Kabildə havaya atəş açılması nəticəsində ən azı 17 nəfər həlak olub, 41 nəfər yaralanıb.

APA-nın məlumatına görə, yerli “Tolo News” telekanalı xəbər verir ki, şənbə gününə keçən gecə baş vermiş insident zamanı yaralananların əksəriyyəti mülki şəxslərdir.

Əfqanıstan KİV-i bundan əvvəl məlumat yayaraq, “Taliban” hərəkatının döyüşçülərinin müqavimət göstərən Pəncşir əyalətinin tamamilə ələ keçirilməsini bayram etmək məqsədilə havaya dağınıq atəş açdığını bildirmişdi.

Milli Müqavimət hərəkatının nümayəndələri isə “Taliban”ın Pəncşir üzərində nəzarəti tam ələ keçirməsi barədə məlumatları təkzib edib.

Öz növbəsində, “Taliban”ın rəsmi nümayəndəsi Zəbiulla Mücahid özünün “Twitter” səhifəsində döyüşçüləri Kabildə atəşi dayandırmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3663

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15