"Jiquli" velosipedçini vurub öldürdü
15 mart 2023 09:55 (UTC +04:00)

"Jiquli" velosipedçini vurub öldürdü

Sabirabadda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Eldar Qəmbərov küçəsində baş verib. Həmidov Bayraməli Hidayət oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə velosipedlə qarşıdan gələn Mirzəyev Səfər Balamirzə oğlunu vurub. Nəticədə velosipedçi yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 1290
avatar

Mehman Nəbiyev

Oxşar yazılar