İstirahət mərkəzlərinin rəhbərləri   cərimələndi
16 iyul 2022 11:26 (UTC +04:00)

İstirahət mərkəzlərinin rəhbərləri cərimələndi

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirib.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iyulun 13-də keçirilən növbəti belə tədbir zamanı Sumqayıt şəhərində dəniz sahilində yerləşən 3 istirahət mərkəzində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələbini pozduqlarına görə həmin istirahət mərkəzlərinin vəzifəli şəxsləri V. Rüstəmli, K. Camalov və R. Tapdıqov barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

İyulun 14-də keçirilən tədbir zamanı isə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin yaxınlığından keçən Hövsan su kanalına “QAZ-52” markalı nəqliyyat vasitəsindən çirkab sularının boşaldılması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 266.1-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsinin tələbini pozduğuna görə həmin nəqliyyat vasitəsinin sürücüsü N. Xudiyev barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1937

Oxşar yazılar

Mövqelərimiz Gorus istiqamətindən  atəşə tutuldu

Mövqelərimiz Gorus istiqamətindən atəşə tutuldu

9 aprel 2025 , 21:05
Bakıda FACİƏ:  məktəbli qız hamamda boğulub öldü

Bakıda FACİƏ: məktəbli qız hamamda boğulub öldü

9 aprel 2025 , 19:46
Azərbaycanlı qadının obyektləri söküldü

Azərbaycanlı qadının obyektləri söküldü

9 aprel 2025 , 18:44
Masallıda ƏMƏLİYYAT:  19 kilo narkotik ələ keçirildi

Masallıda ƏMƏLİYYAT: 19 kilo narkotik ələ keçirildi

9 aprel 2025 , 17:53
Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

9 aprel 2025 , 17:50
Telman İsmayılov necə müflis oldu?  - Kadırov izi...

Telman İsmayılov necə müflis oldu? - Kadırov izi...

9 aprel 2025 , 17:08
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

9 aprel 2025 , 16:12
Bakıda tikintidən 20 minlik armatur  oğurlandı

Bakıda tikintidən 20 minlik armatur oğurlandı

9 aprel 2025 , 15:34